Xəzər Universiteti və Türk Akademiyasının təşkilatçılığı ilə 25 oktyabr 2023-cü il tarixində sadəcə Azərbaycan üçün deyil, bütün Türk dünyası önəmli şəxsiyyət olan üçün Uzun Həsənin doğumunun 600 illiyinə həsr olunmuş “Uzun Həsən və onun zamanında Türk dünyasının siyasi, sosial-iqtisadi və mədəni problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransda yerli və xarici ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilər.
Konfransın həm ənənəvi formada, həm də onlayn şəkildə keçirilməsi planlaşdırılır.
DİQQƏT!!!
Konfransda iştirak üçün məqalə və tezislər türk (bütün türkcələrdə) və ingilis dillərində aşağıdakı tələblərə uyğun 30 iyul 2023-cü il tarixinə qədər uzunhasan600@khazar.org. e-mail ünvanına təqdim edilməlidir.
Qeyd 1: Təqdim olunan məqalə və tezislərin elmi aktuallığı, əhəmiyyətliliyi, konfransın mövzusuna uyğunluğu qiymətləndiriləcək və müəlliflərə bunun nəticəsi barədə məlumat veriləcək. Tələblərə cavab verməyən məqalə və tezislər dərc edilmir və əlyazmaları geri qaytarılmır.
Qeyd 2: Elmi baxımdan önəmli hesab etdiyimiz məqalələr Xəzər Universitetinin Web of Science məlumat bazasına daxil olan “Khazar Journal of Humanities and Social Sciences” adlı jurnalın xüsusi nömrəsində çap olunması nəzərdə tutulur.
Ünvan: Məhsəti küçəsi 41, 1096, Bakı, Azərbaycan.
Əlaqə telefonları: (+994 12) 421 79 16 (203).