Xəzər Universiteti, Tarix və Arxeologiya departamentinin təşkilatçılığı ilə
görkəmli Türk hökmdar Uzun Həsənin doğumunun 600 illiyinə həsr olunmuş “Uzun Həsən və onun zamanında Türk dünyasının siyasi, sosial-iqtisadi və mədəni problemləri” mövzusunda BEYNƏLXALQ ELMİ KONFRANS
25 oktyabr 2023-cü il
Xəzər Universiteti, Tarix və Arxeologiya departamentinin təşkilatçılığı ilə 25 oktyabr 2023-cü il tarixində sadəcə Azərbaycan üçün deyil, bütün Türk dünyası önəmli şəxsiyyət olan üçün Uzun Həsənin doğumunun 600 illiyinə həsr olunmuş “Uzun Həsən və onun zamanında Türk dünyasının siyasi, sosial-iqtisadi və mədəni problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilər.
Konfransın mövcud pandemiya şəraiti nəzərə alınmaqla həm virtual, həm də ənənəvi formatda keçirilməsi planlaşdırılır.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Dos. Dr. Telman Nüsrətoğlu (sədr)
Dos. Dr. Dilbər Zeynalova
Dr. Söhrab Mustafayev
Dr. Bayram Quliyev
Ceyran Məmmədova
KONFRANSIN ELM KOMİTƏSİ
Prof. Dr. Hamlet İsaxanlı – Xəzər Universiteti
Prof. Dr. Fazil Şahin – AMEA, Tarix İnstitutu
Prof. Dr. İsmayıl Aka
Akademik. Şahin Mustafayev – Türk Akademiyası
Prof. Dr. Hóvári Jánosə, Macarıstan
Prof. Dr. Uli Şamiloğlu – Nazarbayev universiteti
Prof. D. Tufan Gündüz – Gazi Universiteti
Prof. Dr. Namiq Musalı – Kastamonu Universiteti
Dos. Dr. Elza Səmədli – Xəzər Universiteti
Prof. Dr. Vefa Kurban – Ege Universiteti
Prof. Dr. Hasan Mert- Ege Universiteti
Prof. Dr. Abdullah Temizkan – Ege Universiteti
Prof. Dr. Osman Karatay – Boğaziçi Universiteti
Prof. Dr. Okan Yeşilot – Marmara Universiteti
Prof. Dr. Kürşat Yıldırım – İstanbul Universiteti
Prof. Dr. Osman Gazi Özgüdənli – Marmara Universiteti
Prof. Dr. İlhan Erdem – İnönü Universiteti
Prof. Dr. Mustafa Çetin Varlık – Marmara Universiteti
Prof. Dr. Zabil Bayramlı – BDU, Tarix fakültəsi
Prof. Dr. Habil Məmmədov – Slavyan Universiteti
Doç. Dr. Ahmer Özcan – Adana Universiteti
Doç. Dr. Ahmet Toksoy – Aydın Universiteti
Doç. Dr. Mehdi Genceli – Marmara Universiteti
Doç. Dr. Aygül Uçar – Ege Universiteti
Dos. Dr. Roza Arazova – Xəzər Universiteti
Dos. Dr. Tofiq Nəcəfli – AMEA, Tarix İnstitutu
Dos. Dr. Vasif Qafarov – AMEA, Tarix İnstitutu
Dr. Ülviyə İbrahimova – BDU, Tarix fakültəsi
Dr. Zəhra İslamova – BDU, Tarix fakültəsi
Dr. Rüxsarə Quliyeva – Qafqaz Müsəlmanları İdarəsi
Dr. Mehmet Fatih Bekirhan
Dr. Ayşe Atıcı – Osmaniye Korkut Ata Universiteti
Dr. Sinan Tanrıverdi
Əkbər Nəcəf
KONFRANSA AŞAĞIDAKI ELMİ İSTİQAMƏTLƏR ÜZRƏ MƏRUZƏLƏR QƏBUL OLUNUR:
- Ağqoyunlu dövrünün qaynaqları və onlar üzərində tədqiqatlar
- Ağqoyunlu və Osmanlı müştərək tarixi
- Uzun Həsən və onun fəaliyyətləri
- Qaraqoyunlu dövrünün müxtəlif siyasi-tarixi istiqamətləri
- Teymurlu imperatorluğu tarixi
- Ağqoyunluların davamı olaraq Səfəvilər imperiyası
- Avropanın siyasəti fonunda Ağqoyunlu, Səfəvi və Osmanlılar
- XIV-XV yüzilliklərdə Anadolu, Azərbaycan və Türküstanda mədəni proseslər
DİQQƏT!!!
Göstərilən istiqamətlərdən kənar mövzularda göndərilən tezis və məqalələr cavab verilmədən qəbul olunmayacaq
Konfransda iştirak üçün məqalə və tezislər türk (bütün türkcələrdə) və ingilis dillərində aşağıdakı tələblərə uyğun 30 may 2023-cü il tarixinə qədər uzunhasan600@khazar.org. e-mail ünvanına təqdim edilməlidir.
ÖNƏMLİ TARİXLƏR
Konfransın elanı: 10 aprel 2023-cü il
Tezis göndərmək üçün son tarix: 30 may 2023-cü il
Qəbul olunan tezislərin açıqlanması: 01 sentyabr 2023-cü il
Məqalə üçün son tarix 01 oktyabr 2023-cü il
Proqramın elan olunması: – 20 oktyabr 2023-ci il
Konfransın keçirilmə tarixi: 25 oktyabr 2023-cü il
TEZİS VƏ MƏQALƏLƏR ÜÇÜN TƏLƏBLƏR:
- Ms Office Word formatında (“doc”, “docx”) olmalıdır. A4 format seçilməlidir.
- tezislərin həcmi 700 sözdən çox olmamalıdır
- məqalənin həcmi 6000 sözdən çox olmamalıdır
- Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12 (on iki) punto, sətir aralığı 1.15 interval müəyyən edilir kənar boşluqlar: hər tərəfdən 1.5 sm qoyulmalıdır.
- məqalədə istinadlar APA style ilə verilməlidir.
TEZİS VƏ MƏQALƏLƏRİN STRUKTURU:
- titul (mətnə qədər olan hissə);həm tezisə həm məqaləyə aiddir
- İngilis dilində xülasə və açar sözlər; tezisə başlıq və açar sözlərin verilməsi yetərlidir
- məqalə giriş, əsas mətn, nəticə və ədəbiyyat siyahısından ibarət olmalıdır. Məqalənin əsas mətni yarımbaşlıqlara ayrılmalıdır
- Məqalə mətnini müşayiət edən hər hansı bir illüstrasiya (şəkillər, rəsmlər, fotoşəkillər) JPG və ya JPEG formatında ayrı sənədlər şəklində konfransa təqdim edilməli və 10×20 sm-dən çox olmamalıdır. Illüstrasiyalı materialların keyfiyyəti arzu olunandır. Rəqəmlər və ya cədvəllərin alt yazıları tələb olunur.
İŞTİRAKÇILAR HAQQINDA MƏLUMAT:
- ad, soyad, ata adı;
- işlədiyi müəssisənin adı;
- vəzifəsi;
- elmi dərəcəsi və elmi adı;
- e-mail ünvanı;
- əlaqə telefonları;
- UOT və ORCID.
Ünvan: Məhsəti küçəsi 41, 1096, Bakı, Azərbaycan.
Əlaqə telefonları: (+994 12) 421 79 16 (203).
Qeyd 1: Təqdim olunan məqalə və tezislərin elmi aktuallığı, əhəmiyyətliliyi, konfransın mövzusuna uyğunluğu qiymətləndiriləcək və müəlliflərə bunun nəticəsi barədə məlumat veriləcək. Tələblərə cavab verməyən məqalə və tezislər dərc edilmir və əlyazmaları geri qaytarılmır.
Qeyd 2: Elmi baxımdan önəmli hesab etdiyimiz məqalələr Xəzər Universitetinin Web of Science məlumat bazasına daxil olan “Khazar Journal of Humanities and Social Sciences” adlı jurnalın xüsusi nömrəsində çap olunması nəzərdə tutulur.